Qazaxıstanın “Kayrat” komandasının müdafiəçisi Rade Duqaliç Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, Serbiyadan olan 28 yaşlı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hava şəraiti oyuna mane olmamalıdır. Bu, futbol üçün normal haldır. Fikrimcə, qorxulu heç nə yoxdur. Hamı bizə azarkeşlik etməyə gəlsə, tribunlar və meydan isti olacaq”.

Noyabrın 4-də Almatı şəhərindəki “Ortalık” stadionunda keçiriləcək “Kayrat” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.