"Hamı Türkiyənin gücünü bilir"
- 30 May 2021 16:22
- 19233
Türkiyə millisinin futbolçusu Ozan Kabak Avro-2020 barədə danışıb.
Rekord.az xəbər verir ki, müqavilə ilə "Şalke"yə məxsus olub, mövsümün ikinci hissəsini "Liverpul"da keçirən 21 yaşlı müdafiəçi yarışdan gözləntilərini bölüşüb:
"Xəyallarım həmişə yüksək olub. Amma belə qısa müddətdə bura qədər gəlmək çətin görünürdü. Düzgün seçimlər, planlar və işlərlə bu yerə gəlmişik. Türkiyə Superliqası, Bundesliqa, Premyer Liqa və Avropa çempionatı...Çox qürurlu və həyəcanlıyam. Bundesliqada 2 il oynamışam. "Qalatasaray"la Çempionlar Liqasında çıxış etmişəm. Amma İngiltərə başqa bir səviyyədədir. 5 ay belə orada oynamağım mənə çox şey qatdı. Çox yaxşı komandalara qarşı çıxış etdim. Klopp kimi bir məşqçi ilə işlədim. Salah və Mane ilə məşq etdim. İngiltərədə hər kəs Türkiyənin gücünü bilir. Mən iyunun 11-də Avro-2020 başlamazdan əvvəl finalın xəyalını quraraq yatmaq istəyirəm. Kim çempionluğu istəməz ki?"