Bəzi idman mərcləri digərlərinə nisbətən daha çox uduş imkanına sahibdir. Qazancınızı artırmaq üçün bunların hansı idman növləri olduğunu kəşf edin!

 

Yəqin ki, bu məqalənin mövzusu əksər mərcsevərlər kimi bu sual sizi də düşündürür. Yaxşı bir xoş gəldin bonusu, yaxud depozitsiz bonus casino oyunlarında və ya idman mərclərində qazanma şansımızı artıra bilər. Ancaq uğurlu mərcin daha mühüm cəhəti düzgün idman növünü seçməkdir. Səbəb isə sadədir: bütün idman mərcləri gəlirlilik baxımından eyni deyil. 

 

Bəzi idman növləri daha yaxşı əmsallara, mərc etmək üçün daha çox seçimə və təhlil üçün daha çox məlumata malikdir. Eyni zamanda, bəzilərini təxmin etmək nisbətən daha asandır. Bu yazını məhz hansı idman növlərinə mərc etməyin daha sərfəli olduğunu bilməkdə sizə kömək etmək məqsədilə qələmə aldıq. 

Futbol

Futbol populyarlığına və geniş azarkeş kütləsi görə qlobal miqyasda ən çox mərc edilən idman növüdür. Bu populyarlığın mərc baxımından da böyük faydası var. Çünki futbol mərcsevərlərini cəlb etmək üçün bukmekerlər hər daim öz aralarında ciddi rəqabətdədirlər və nəticədə mərc saytlarında futbol üçün təklif olunan əmsallar adətən digər idman növlərindən daha yüksək olur.

 

Bununla yanaşı, ən yaxşı bukmeker kontorları futbol mərcləri üçün təklif etdikləri müxtəlif qazanclı bonus təklifləri ilə də rəqabətdə önə çıxmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycanda həm futbol, həm də kazino oyunları üçün dəyərli bonuslar təklif edən saytlar axtarırsınızsa, onlinecasinoazerbaijan.org saytı tərəfindən tövsiyə olunan platformalar diqqətinizi çəkəcəkdir.

 

Futbolun gəlirliliyinə təsir edən amillərdən biri də bu idman növü üçün inanılmaz çeşidlilikdə mərc seçimlərinin təklif olunmasıdır. Tipik bir futbol qarşılaşması üçün ən yaxşı mərc saytlarında 100-lərlə təxmin arasından seçim etmək imkanı mövcuddur. Məhz bu geniş çeşidlilik digər idman növləri müqayisədə futbolda daha çox manevr imkanları və daha strateji davranmaq imkanı təqdim edir.

Basketbol

Basketbol mərc oynamaq üçün yüksək gəlirli başqa bir idman növüdür. İstər əmsallar, istərsə də mərc seçimlərinin genişliyi baxımından basketbolun futboldan heç də geri qalmadığını deyə bilərik. Lakin basketbolu mərc baxımından gəlirli bir idman növünə çevirən əsas şey oyunun dinamikliyi ola bilər. 

 

Hər hansı bir NBA matçını izləmisinzsə, yəqin ki, oyunda toplam qol sayının final fitində 200-lərə çatmış olduğunu görmüsünüz. Demək istədiyimiz odur ki, basketbolda nəticələr anbaan dəyişir və bu da onu, xüsusən canlı mərcsevərlər üçün mükəmməl bir seçimə çevirir. 

 

Bu idman növünü mərc edənlər arasında populyar edən əsas amillərdən biri, yəqin ki, onun statistik təhlil üçün çox əlverişli olmasıdır. Mövcud olan geniş statistik məlumat bazası mərc edənlərə məlumatlı qərarlar qəbul etməyə imkan verir ki, bu da doğru proqnozların ehtimalını artırır. 

Tennis

Azərbaycanda olduğu kimi, dünyada da mərcsevərlərin ən çox mərc etdiyi idman növlərindən biri məhz tennisdir. Bir çox mərcbaz tennisi ona görə sevir ki, tennis matçlarını proqnozlaşdırmaq çox vaxt digər idman növləri ilə müqayisədə daha asandır. 

 

Məsələn, tennisdə futbol və basketboldan fərqli olaraq heç-heçə seçimi yoxdur və buna görə də matçın qalibini proqnozlaşdırmaq ehtimalı 1/3 yox, 1/2-yə bərabərdir. Burada önəmli məqamlardan biri də odur ki, tennis təkbətək və ya ikinin ikiyə oynanılan idman növü olduğu üçün nəticələr komanda oyunundan daha çox roketka ustalarının fərdi performansından asılıdır. 

 

Beləliklə, tennisdə sürpriz nəticələrlə qarşılaşma ehtimalımız daha azdır. Düzdür, tennisdə əmsallar yuxarıdakı idman növləri ilə müqayisədə nisbətən daha azdır, ancaq nəticələri proqnozlaşdırmağın daha rahat olması böyük bir avantajdır, deyilmi? 

MMA

Nəticələrin fərdi performansdan asılı olduğu başqa bir idman növü də MMA – qarışıq döyüş növləridir. Azərbaycanda həvəskarları tərəfindən daha çox UFC-yə görə tanınır. Bir MMA və ya UFC döyüşündə qalibi müəyyənləşdirən ən vacib faktoru nədir? Əlbəttə ki, idmançının şəxsi keyfiyyətləri və döyüş hazırlığı.

 

Əgər döyüşçüləri yaxından izləyirsinizsə, onların nələrə qadir olduğunu bilirsinizsə, o zaman sonda hakimin kimin əlini havaya qaldıracağını təxmin etmək sizin üçün çətin olmamalıdır. Daha çox MMA döyüşləri izləmək və daha çox idmançı ilə tanış olmaqla, siz proqnozlarınızı necə edəcəyinizi və mərclərdənnecə pul qazanacağınızı daha yaxşı dərk edəcəksiniz.

 

Özü də boks kimi döyüş növləri ilə müqayisədə MMA üçün hər zaman mərc etməyə bir şeylər tapmaq mümkündür. Təxmin seçimləri o biri idman növləri qədər rəngarəng olmasa da, unikal seçimləri onu mərc etməyə dəyər qılır. Standart bir MMA qarşılaşmasında siz oyunun qalibi, qələbə metodu, toplam kimi bir sıra mərc seçimləri tapa bilərsiniz.

At yarışı

At yarışı ən qədim idman mərc növlərindən biri olsa da, öz populyarlığını bu gün də qoruyub saxlayır. Əlbəttə ki, rəqiblərin sayı at yarışını mərc etmək üçün digər idman növlərindən böyük ölçüdə fərqləndirir. At yarışı mərcində uğur qazanmaq üçün atın yaşı, cinsi, qaçış qabiliyyəti və çaparın performansı kimi amilləri diqqətlə nəzərdən keçirmək lazımdır. 

 

Lakin unutmayın ki, at yarışı gözlənilməz nəticələrin ən çox müşahidə edildiyi idman növlərindən biridir. Məhz bundan dolayı doğru ata stavka etməklə, böyük əmsallar qazanmaq ehtimalı da yüksəkdir. Ancaq mərc seçimlərinin geniş çeşidi sizə yarışın qalibindən başqa nəticələrə də mərc etmək və riskləri tənzimləmək fürsəti tanıyır. 

 

Son yarış nəticələrini araşdırmaq, mərc mütəxəssislərinin analizlərini izləmək, digərləri tərəfindən diqqətdən kənarda qalan perspektivli atları müəyyən etməyə kömək edə bilər. Ancaq, əlbəttə ki, yüksək əmsal qazanacam deyib, riskləri gözardı etmədiyinizdən hər zaman əmin olun.

Kiberidmanlar

Kiberidmanlar və ya digər adı ilə e-Sports, idman mərcləri dünyası üçün yeni bir trend sayıla bilər. Bu mərc növü sizə CS:GO, Call of Duty, League of Legends kimi maraqlı kompüter oyunlarına mərc imkanı təqdim edir. Xüsusən, ənənəvi idman mərclərindən sıxılanlar üçün unikal bir alternativdir. 

 

Kompüter oyunları ilə aranız yaxşıdırsa bu kiberidman mərclərində sizi digərlərindən bir addım önə çıxara bilər. Çünki sektorda həddindən artıq qiymətləndirilən sponsorlu komandalar olduğu kimi, real potensialının altında dəyərləndirilən fərdi oyunçular və komandalar da var. Əgər siz bu uyğunsuzluqları müəyyən edə bilsəniz, daha yüksək əmsallarla yaxşı qazanclar əldə edə bilərsiniz. 

 

Kiberidman mərclərində üstün olmaq üçün hər oyunun incəliklərini, o cümlədən komanda strategiyalarını və oyunçunun güclü tərəflərini bilmək vacibdir. Qeyd edək ki, kiberidmanlara həm oyunöncəsi, həm də canlı mərclər etmək mümkündür. Mərc seçimlərinin çeşidliliyin görə də onlar ənənəvi idmanlardan geri qalmırlar.

Üfüqünüzü Genişləndirin

Yüksək gəlirli və populyar idmanlara mərc etmək məqsədəuyğun olsa da, bu bir idman növündə ilişib qalmalısınız mənasına gəlmir. Fərqli idman növləri ilə maraqlanırsınızsa, həmin idman növlərində də özünüzü sınaya bilərsiniz. Yeni idman növlərini sınamaq bəlkə də gizli qalan bir bacarığınızı kəşf etməyiniz üçün fürsət ola bilər. 

 

Unutamayın ki, doğru mərc strategiyası seçildiyi təqdirdə istənilən idman növü gəlirli bir idman mərc növünə çevrilməsi mümkündür. Voleybol, kriket, Formula 1 və ya digər idman növləri olsun, əsas məsələ seçilən idmana hakim olmaq, onu davamlı izləmək və hərtərəfli analizlər aparmaqdır.