“Bayern”in hücumçusu Harri Keyn Almaniya Bundesliqasında yeni rekorda imza atıb.


Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu buna 11-cu turda “Auqsburq”a qalib gəldikləri (3:0) matçda nail olub.


Het-trik edən ingilis forvard Bundesliqadakı qollarının sayını 50-yə çatdırıb. O, buna 43-cü matçında nail olub.


Əvvəlki rekord Dortmund "Borussiya"sının sabiq futbolçusu Erlinq Halanda məxsus idi. Norveçli oyunçu 50 qola 50-ci matçda çatmışdı.