Türkiyədə baş verən zəlzələdə Hatayın qızlardan ibarət voleybol komandasının üzvləri dağıntılar altında qalıb. "Rekord.az" xəbər verir ki, uçan binanın dağınıları altında komandanın 14 oyunçusu qalıb.

Məlumata görə, voleybolçular Antakya Spor Salonunun qarşısında binada yaşayır. İdmançılardan hələ də xəbər olmadığı bildirilir.

Axtarışlar davam edir.