Belçika millisinin sabiq futbolçusu Eden Hazard karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi İnstaqram hesabında paylaşım edib.

Qeyd edək ki, Hazard İngiltərənin "Çelsi" klubundakı çıxışı ilə yadda qalıb. 2019-cu ildə İspaniya "Real"ına keçən oyunçu burada möhkəmlənə bilməyib. Belçikalı yarımmüdafiəçi 2019-cu ildə London təmsilçisinin heyətində final matçı Bakı Olimpiya Stadionunda gerçəkləşmiş UEFA Avropa Liqasını qazanıb.

2013-cü ildə də "zadəganlar"la eyni titula sahib çıxan Hazard iki dəfə İngiltərə Premyer Liqasının, Madrid klubu ilə iki dəfə La Liqanın və bir dəfə Çempionlar Liqasının qalibi olub.