Hazard Londondan Madridə bərbər gətirdi FOTOLAR
- 24 Apr 2021 16:21
- 668
"Real"ın yarımmüdafiəçisi Eden Hazard zədəsini sağaldaraq komanda ilə məşqləri bərpa etdikdən sonra meydana çıxmağa hazırlaşmağa qərar verib.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bunun üçün belçikalı futbolçu şəxsi bərbərinin Londondan Madridə uçuşunu təşkil edib. İspaniyadakı karantin fonunda bu çox insanın narazılığına səbəb olub. Müştəriləri arasında Jesse Linqard, Pol Poqba və Tammi Abraham olan bərbər Ahmed Alsanavi, "İnstaqram"da etdiyi səfərin görüntülərini yayımlayıb. O, Hazardla görüşmək üçün lüks bir təyyarəyə minib.
Səfər, İngiltərə hökumətinin "kiçik beynəlxalq səyahət etməyi tövsiyə etmədiyi" bir vaxtda reallaşıb, ancaq İspaniya səlahiyyətliləri "iş yerinə səyahət kimi bəzi istisnalara" icazə veriblər.
İngiltərə İspaniya üçün qırmızı zonada olmadığından, nə Hazard, nə də Alsanavi tərəfindən karantin qaydalarının pozulmadığı bildirilir.