Hazarddan gələcəyi ilə bağlı açıqlama
- 01 İyn 2021 13:21
- 640
"Real"ın futbolçusu Eden Hazard klubdakı gələcəyindən danışıb.
Rekord.az "Marca"ya istinadən xəbər verir ki, belçikalı hücumçu özünü yalnız Madrid təmsilçisində gördüyünü deyib: "Müqaviləmin bitməsinə daha üç il var. 100 faiz hazır olanda komandaya çox şey verəcəyəm. İndi bütün diqqətimi Avropa çempionatına yönəlmişəm, amma sonra "Real" üçün böyük işlər görəcəyəm.
Bu mövsüm işlər çox yaxşı getmədi. Sabitliyim olanda həmişə güclü oyunçu olmuşam. Ən yaxşı formaya yaxın olduğumu bilirəm. Ümid edirəm, daha çox zədə olmayacaq".
Adı "Çelsi" hallanan Hazard İngiltərəyə qayıtmaq variantı haqda düşünmədiyini söyləyib: "Hamı bilir ki, "Real"dakı ilk iki mövsüm mənim üçün uğursuz oldu, ona görə də burada uğurlu olmaq istəyirəm. Bunun üçün hər şeyi edəcəyəm ".
Qeyd edək ki, 30 yaşlı futbolçu 2020/21 mövsümündə İspaniya çempionatında meydana çıxdığı 14 matçda 3 qol vurub və 2 qol ötürməsi verib.