İsrailin “Makkabi” (Təl-Əviv) klubunun kapitanı Şeran Yeyni Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, 34 yaşlı müdafiəçi oyundan öncə keçirilən mətbuat konfransında bunları söyləyib:

“Qəribə vəziyyət yaranıb. Bizim üçün üstünlük sayılmasına baxmayaraq, hər iki komanda neytral meydanda oynayacaq. İstənilən halda, bu, səfər matçıdır. "Qarabağ"la ilk oyunumuzda 1:0 hesablı qələbə qazanmışdıq. Rəqib "Sivasspor"a son dəqiqələrdə buraxdığı qolla uduzdu. Hesab edirəm ki, çətin oyun olacaq. Qələbə üçün əlimizdən gələni edəcəyik. Hazırda yalnız bunu düşünürük. Mərhələ adlamaq çətin vəzifədir. Bu baş versə, bizim üçün əla təcrübə olacaq. Amma hazırda yalnız sabahkı görüşdə qalib gəlməyi düşünürük".

Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.