"Hazırkı "Milan"da oynasam, ulduz olardım"
- 19 İyn 2020 18:00
- 707
"San-Paulu"nun cinah müdafiəçisi Dani Alves hələ də Avropada yüksək səviyyədə oynaya biləcəyini düşünür.
Rekord.az "Hoy No Se Sale"yə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu "Milan"da ulduz ola biləcəyini qeyd edib.
"Hazırkı "Milan"da oynasam, ulduz olardım. Yaş, sadəcə, rəqəmdi və mən hələ də meydançada sona kimi mübarizə aparmaq istəyirəm. Bir şeydən əminəm: futbol oynadığıma görə utanmaq istəmirəm. Ona görə də oynaya bilmədiyimi anlayanda karyeramı bitirəcəm".
Alves 2019-cu ilin yayında azad agent kimi "San-Paulu"ya keçib. Onun müqaviləsi 2022-ci ilin dekabr ayında başa çatır.