Həbsdən çıxan futbolçu ən yaxşı seçildi
- 24 Mar 2020 18:41
- 681
Rusiya Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu məlum olub.
Rekord.az xəbər verir ki, bu, “Soçi”nin hücumçusu Aleksandr Kokorindi.
Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Kokorin “Soçi”ylə martda iştirak etdiyi 4 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
2018-ci ilin oktyabrında restoranda davada iştirak edən və həbs olunan Kokorin, 2019-cu ilin sentyabrında azadlığa buraxılıb. Kokorin, yanvarda icarə əsasında “Zenit”dən “Soçi”yə keçib.