“Heç-heçə bizim üçün pis nəticədir”
- 04 Fev 2025 23:00
- 35
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün keçirilmiş Yunanıstanla oyun barədə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:
“Qələbə qazanmaq istəyirdik. Oyuna yaxşı başladıq, erkən qol vurduq. Sonra real şansımız oldu. Bundan sonra sanki komanda 10 dəqiqə dayandı, üstünlüyü rəqibə verdi. Beşinci oyunçunu meydana buraxdıq ki, nəticəni dəyişək, fasiləyə qədər alınmadı.
İkinci hissəyə yaxşı başladıq, rəqib foul limitini erkən doldurdu. Təəssüf ki, bizim əsas oyunçular tez yoruldular. Buna görə də beşin dördə oynadıq. Fərqlənmək istəyərkən, səhvə yol verdik və qapımızda qol gördük. Heç-heçə bizim üçün pis nəticədir.
Şans qalır, ancaq bizdən asılı olmayacaq. Yəni maksimum xal toplasaq belə, digər millilərin nəticəsini gözləməliyik.
Yunanıstan millisi 5 foul yığdıqdan sonrakı 10 dəqiqədə onları 6-cı foulu etməyə məcbur edə bilmədik. Həmin vaxt biz beşin dördə oynayırdıq. Belədə foul qazanmaq çətin olur. Gərək driblinq edəsən. Futzalçılarımız yorulduğuna görə, driblinq edə bilmədik”.