UEFA Region Kubokunda Azərbaycan təmsilçisi “Cəbrayıl”ın rəqibi olan “Kolos”un (Belarus) baş məşqçisi Yuri Puntus yarışla bağlı fikirlərini bildirib.

 

Rekord.az Belarus mətbuatına istinadən xəbər verir ki, o, UEFA-nın bu turnirində qalib olmaq istədiklərini deyib.

 

Y.Puntus Azərbaycandakı oyunlara yalnız qalibiyyəti düşünəcəklərini söyləyib: “Heç kim Azərbaycana pivə içməyə getmir. Mən bunu futbolçuların əhval-ruhiyyəsində hiss etmirəm. Elə bir şeyə də imkan vermərəm”.

Xatırladaq ki, “Kolos” “Cəbrayıl” komandası ilkin mərhələnin II qrupunda qarşılaşacaq. Oyunlar Şamaxıda keçiriləcək. İlkin mərhələnin I qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparacaq. 

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq. Azərbaycandakı matçlar 23-29 iyun tarixlərində keçiriləcək.