Həm ekologiyanı qorudular, həm əyləndilər, həm də idman etdilər
- 24 İyl 2023 11:15
- 362
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinnin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyyinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən Samur-Yalama Milli Parkında gənclər və idmançıların iştirakı ilə ekoloji aksiya, əyləncəli və idman tədbirləri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Samur-Yalama Milli Parkının direktoru Aqşin Qurbanov, Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov, fəal gənclər və idmançılar iştirak etmişlər.
Gənclərin və idmançıların iştirak etdiyi tədbirdə ilk olaraq təbiəti ilə fərqlilik yaradan və Xəzər dənizini meşə ilə birləşdirən Samur-Yalama Milli Parkının dənizkənarı ərazisində ekoloji aksiya keçirilmiş, daha sonra parkın ərazisində voleybol, şahmat, stolüstü tennis, nərd, taekvondo, boks və karate idman növləri üzrə numunəvi çıxışlar nümayiş etdirilmiş, istedadlı gəncin rəsmlərindən ibarət sərgisi təşkil edilmişdir.