“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”
- 01 May 2024 16:00
- 237
“Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində “Xəzri”yə qarşı keçirəcəkləri ilk matç barədə danışıb.
Rekord.az xəbər verir ki, o, çempionluq arzusunda olduqlarını dilə gətirib:
“Pley-offun “Xəzri”yə qarşı keçirəcəyimiz ilk matçına hazırlaşırıq. İki güclü komanda üz-üzə gələcək. Hər iki tərəf mərhələni keçməyi arzulayır. Hər iki komandanın da yaxşı mövsüm keçirdiyini düşünürəm. Rəqibin heyətində zədəli oyunçular olduğu üçün bəzi dəyişikliklərə gedə bilər. Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq. Məşqlərdə etdiyimiz hər şeyi meydanda göstərməyə çalışacağıq. Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq. Çempion olmaq istəyərik və buna köklənmişik. Bütün oyunçuların motivasiyası yüksəkdir".
Bu gün "Sərhədçi" İdman Mərkəzində keçiriləcək 1/4 final matçının start fiti saat 19:30-da səslənəcək. Komandalar arasında ikinci oyun mayın 3-də baş tutacaq.