"Adana Dəmirspor"dan ayrılan Şahruddin Məhəmmədəliyev hələ ki, klubsuzdur.

Rekord.az-a daxil olan məlumata görə, o, həm "Neftçi"yə, həm də "Qarabağ"a təklif olunub.

Lakin sözügedən klublardan heç biri hələlik Şahruddinlə bağlı təklifə müsbət cavab verməyib.

Qeyd edək ki, "Neftçi" Səlahət Ağayevi transfer etmək istəsə də, azarkeşlərin narazılığından sonra fikirindən daşındı və hazırda başqa qapıçı axtarışındadılar. "Qarabağ"da Quqeşaşvilıinin gedişindən sonra ötən gün gənc qapıçı Amil Ramazanovun da məşqdə ciddi zədə alaraq 8 aylıq sıradan çıxması Qurban Qurbanovu çətin vəziyyətdə qoyub və Ağdam təmsilçisi də yeni qapıçı axtarışına başlayıb.