Xəbər verdiyimiz kimi, "Neftçi" klubunun sabiq futbolçusu Rafiq Əlizadə dünyasını dəyişib.

 

Rekord.az xəbər verir ki, keçmiş hücumçu 72 yaşında Rusiyanın paytaxtı Moskvada qəflətən vəfat edib.

 

AFFA Həmkarlar İttifaqı Əlizadənin ölümü ilə bağlı başsağlığı verib. Nazim Süleymanovun rəhbəri olduğu qurum veteran futbolçunun ölümündən məyusluğunu ifadə edib və mərhumun ailəsinə, doğmalarına səbr diləyib. Allah rəhmət eləsin!