Nazim Süleymanovun r əhbərlik etdiyi AFFA Həmkarlar İttifaqı uzun fasilədən sonra yenidən bir araya gəlib. 

 

Rekord.az xəbər verir ki, məlum pandemiya səbəbindən mart ayından bu yana əyani görüşmək imkanı olmayan ittifaq üzvlərinin toplantısı kifayət qədər maraqlı və məsuldar keçib. 

 

Toplantıda ittifaqın sədri Nazim Süleymanov, idarə heyətinin üzvləri As əf Namazov, S əm ədağa Şıxlaov, Oruc əli Durmuşov, Novruz Əzimov, Samir Ələkbərov, Naib Abdulla, Əfqan Həmzəyev, Ramil Allahverdiyev və Anar Xanlarov iştirak edib. İttifaq üzvləri gələcək fəaliyyətlərini, planlaşdırılan layihələri və digər vacib məsələləri müzakirə ediblər. Yeni üzvlərin qəbulu, bölgələrə səfərlərin bərpası məsələsi də müzakirə mövzularından olub. İttifaqın sədri Nazim Süleymanov qeydiyyatla bağlı məsələnin hələlik açıq qaldığını bildirib. Belə ki, Həmkalar Konfederasiyası hələ də əsassız olaraq ittifaqın qeydiyyatını yubadır. Bununla belə, ittifaq öz haqlı mübarizəsini sona qədər davam etdirəcək. 

 

 

Bundan başqa, toplantı zamanı son günlər Azərbaycan futbolunda baş verən bəzi məsələlərə münasibət də ortaya qoyuldu. Xüsusilə futbol veteranı, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin Rusiyanın “Matç” TV telekanalının azərbaycanlı əməkdaşı Elvin Kərimovun ünvanına dediyi fikirlər pislənilib. Bildiyiniz kimi, Kərimov Lüksemburqla oyundakı biabırçılığa görə,  AFFA rəhbərliyini tənqid edib və onların istefa verməli olduğunu bildirib. Tuayev isə açıqlama verərək deyib ki, Azərbaycanın futbol ictimaiyyəti, xüsusilə futbol veteranları sözügedən telekanalın rəhbərliyinə etiraz müraciəti ünvanlamalı və Elvinin bir daha Azərbaycan komandalarının şərhinə buraxılmamasını tələb etməlidir. Həmkarlar İttifaqının üzvlərinin qəzəbinə səbəb olan da Tuayevin bütün veteranların adından danışması olub. Qeyd olunub ki, səslənən fikirlər Tuayevin şəxsi fikirləridi və bütün futbol veteranlarının mövqeyini əks etdirmir.

 

Daha sonra bu yaxınlarda dünyasını dəyişən veteran futbolçu Arzu Mirzəyev də anılıb. Eyni zamanda, Mirzəyevin ölümü AFFA-nın təqaüd sisteminin də yalnışlığını bir daha sübut edib. Qeyd olunub ki, federasiya təqaüd verilməsi məsələsində də ikili standardlar ortaya qoyur. Bundan başaq, təqaüd yaşı da yüksək götürülüb – 63 yaş. Halbuki dünyasını dəyişən əksər futbol veteranları heç 60 yaşa gəlib çıxa bilmir. Çox vaxt da məhz laqeyd münasibətdən dünyalarını dəyişirlər. Məsələn, bir vaxtlar “Neftçi”nin  aparıcı futbolçularından olmuş 58 yaşlı Mirzəyev nə təqaüd alırdı, nə də işlə təmin olunmuşdu.

 

Toplantı zamanı sədr Nazim Süleymanov ittifaq üzvlərinin ölkə başçısı İlham Əliyevlə görüşmək, futbolumuzun mövcud durumunu şəxsən ölkə rəhbərinə məruzə etmək təşəbbüsünü irəli sürdü və idarə heyətinin üzvləri təşəbbüsü yekdinliklə dəstəklədi. Artıq yaxın günlərdə bununla bağlı da əməli fəaliyyətə başlamaq qərara alındı. Sonda ittifaq üzvləri bu yaxınlarda ad günlərini qeyd edən idarə heyətinin üzvləri Orucəli Durmuşov, Səmədağa Şıxlarov və Boris Xetaqurovu təbrik edərək toplantını çay və şirniyyat süfrəsi ilə başa vurub.