Həmkarlar İttifaqının fəaliyyət planı genişlənir: bölgələrə səfərlər, xeyriyyə aksiyaları
- 27 Okt 2019 13:25
- 817
Nazim Süleymanovun sədri olduğu AFFA Həmkarlar Təşkilatı növbəti toplantısını keçirdib.
Rekord.az xəbər verir ki, plana uyğun olaraq baş tutan toplantıda İdarə heyəti tam tərkiblə iştirak edib: Nazim Süleymanov, Asəf Namazov, Orucəli Durmuşov, Səmədağa Şıxlarov, Novruz Əzimov, Əfqan Talıbov, Samir Ələkbərov, Əfqan Həmzəyev, Ramin Allahverdiyev və Anar Xanlarov.
İclasda qarşıda duran planlarla bağlı müzakirələr aparılıb. Nazim Süleymanov bölgələrdən təşkilata qoşulmqaq üçün çoxsaylı müraciətlər aldığıqlarını açıqlayıb. Bu səbəbdən də noyabr ayından etibarən fəaliyyət sahəsi daha da genişlənəcək və bölgələrə səfərlərə start veriləcək. Bəzi bölgələrdə təşkilatın filiallarının yaradılması da planın tərkib hissəsidir. Bundan başqa, həmkarlar təşkilatı növbəti aydan həm də xeyriyyə aksiyalarına start veriləcək ki, bunun nədən ibarət olmnası haqda da yaxın zamanlarda mətbuata geniş məlumat veriləcək.