Voleybol üzrə azərbaycanlı hakim Fuad Ağayev avro kubok qarşılaşmasına təyinat alıb. “Rekord.az” xəbər verir ki, həmyerlimiz “Challenge Cup”ın 1/16 final mərhələsinin cavab oyununda meydana çıxacaq.

F.Ağayev qadınlardan ibarət Türkiyənin “Beylikdüzü” və  Slovakiyanın “Slaviya” kollektivlərinin dekabrın 18-də keçiriləcək oyununda ikinci hakim olacaq. Yunanıstanlı Nikolas Angelidis isə görüşün əsas ədalət təmsilçisi olacaq.