Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti etimad göstərilib. "Rekord.az" xəbər verir ki, həmyerlimiz Avropa Voleybol Konfederasiyası tərəfindən Rusiyanın Sankt Peterburq şəhərində keçiriləcək kişi komandaları arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab oyununa təyinat alıb.

Zöhrab Gözəlbəyli Rusiyanən “Zenit” və Avstriyanın “Hypo Tirol Alpenvolleys Haching” klubları arasında baş tutacaq qarşılaşmanın supervayzeri olacaq. Qeyd edək ki, matç martın 3-də Sankt Peterburqda “Sibur Arena”da təşkil ediləcək.