Beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb. "Rekord.az" xəbər verir ki, Ağayev bu gün CEV kubokunda 1/8 final mərhələsinin matçını idarə edəcək.

O, kişi voleybolçulardan ibarət Türkiyənin “Arkas İzmir” və Çexiyanın “CEZ KARLOVARSKO” klublarının qarşılaşmasında birinci hakim olacaq.