Avropa Voleybol Konfederasiyası növbəti dəfə azərbaycanlı mütəxəssisə etimad göstərib. "Rekord.az" xəbər verir ki,
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq avrokubok matçına supervayzer təyin olunub.
Z.Gözəlbəyli qadın voleybolçular arasında CEV kubokunun 1/8 finalında Türkiyənin “THY ISTANBUL” və Macarıstanın “MBH-BÉKÉSCSABA” komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Qarşılaşma dekabrın 10-da İstanbulda keçiriləcək. Bu oyunun hakimləri ingiltərəli Dominik Biegajlo və bosniya və hersoqovinalı Mirza Basic olacaq.
Qeyd edək ki, komandaların ilk matçında Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.