Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol inkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova CEV Çempionlar Liqasında təyinat alıb. "Rekord.az" xəbər verir ki, N.İsmayılova Çempionlar Liqasının E qrupunda çıxış edən "Dinamo Moskva" - "Uraloçka" qarşılaşmasının supervayzeri olacaq.

Qeyd edək ki, Çempionlar Liqası noyabr 21-də 20:00-da Moskvada yerləşən Dinamo Moskva İdman sarayında keçiriləcək.