Azərbaycan Voleybol Federasiyasının Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova təyinat alıb. "Rekord.az" xəbər verir ki, həmyerlimiz qadın voleybolçular arasında Çempionlar Liqasının oyununda iştirak edəcək.

İsmayılova fevralın 20-də 1/4 final çərçivəsində keçiriləcək “LKS Commercecon LODZ” (POL) və “Allianz Vero Volley MİLANO” (ITA) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşmanın hakimləri ukraynalı Mixaylo Medvid və rumıniyalı Bogdan Laurentiu Stoica olacaq.