
Həmyerlimiz Çempionlar Liqasına təyinat alıb
- 10:11
- 36
Avropa Voleybol Konfederasiyası (CEV) mötəbər yarışda həmyerlimizə etimad göstərib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova CEV tərəfindən qadın voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb.
N.İsmayılova bu gün 1/4 final çərçivəsində baş tutacaq “Numia Vero Volley MILANO” (İtaliya) və “Eczacibasi Dynavit ISTANBUL” (Türkiyə) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.
İtaliyanın Milan şəhərində təşkil olunacaq qarşılaşmanı rumıniyalı Tudor Pop və serbiyalı Stanislava Simic idarə edəcəklər. Qarşılaşmanın challenge hakimi isə yunanıstanlı Themelis Michail olacaq.