Beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb. "Rekord.az" xəbər verir ki, həmyerlimiz A qrupunda baş tutacaq oyunu idarə edəcək.

E.Zülfüqarov “Ziraat Bank ANKARA” (Türkiyə) və “Grupa Azoty KĘDZIERZYN-KOŹLE” (Polşa) komandalarının qarşılaşmasında birinci hakim olacaq.

Görüş bu gün saat 21:00-da başlayacaq.