Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə həmyerlimizə etimad göstərib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman gənc qızlar arasında keçiriləcək U-19 Avropa çempionatının təsnifat oyunlarına təyinat alıb.
O, aprelin 8-10-da Rumıniyanın Mioveni şəhərində keçiriləcək C qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, C qrupunda ev sahibləri ilə yanaşı, Danimarka və Slovakiya milliləri mübarizə aparacaqlar. Görüşlərin hakimləri serbiyalı Miryana Qaliç, macarıstanlı Miklos Horvaz və italiyalı Mixel Brunelli olacaq.