Vüqar Bəybalayevin "Telavi"dən ayrılmasının səbəbi müəyyənləşib.

Rekord.az-ın məlumatına görə, azərbaycanlı futbolçu maliyyə səbəbləri üzündən Gürcüstan klubunu tərk edib.

Belə ki, Rustavi şəhərinin təmsilçisi maddi problemlərlə üzləşib və bütün oyunçularının maaşını aşağı salıb. Onlar 28 yaşlı yarımmüdafiəçiyə də bunu təklif edib.

Lakin Vüqar bu ilin martında "Səbail"dən keçdiyi “Telavi”də 1000 dollara çıxış etməkdən boyun qaçırıb və azad agent statusu alıb.

“Bakı”nın yetirməsinin qonşu ölkədə keçirdiyi hər aya görə 2000 dollar qazandığını diqqətə çatdıraq. (sportinfo.az)