Həmyerlimizdən Gürcüstan çempionatında növbəti qol
- 11 Noy 2019 14:20
- 691
Gürcüstanın birinci divizionunda 34-cü turun görüşləri keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyii "Samtredia" evdə "Qaqra"ya 3:0 hesabı ilə qalib gəlib.
Qurbanov oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 37-ci dəqiqədə ilk qolun müəllifi olub.
Bu ilin yayından "Samtredia"da oynayan Nicat 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Samtredia" 71 xalla ikinci yerdə qərarlaşıb. Turnir cədvəlinə 81 xalla Tbilisinin "Merani" klubu başçılıq edir.