Azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi Estoniya klubu “Narva Trans” məşqləri bərpa edib.

Rekord.az xəbər verir ki, komandanın bütün oyunçuları koronavirus testindən keçdikdən sonra hazırlıqlar başlayıb.

Məlumata görə, klubda infeksiyaya yoluxmuş kimsə təyin edilməyib. Komanda əvvəlki qaydada məşqlərini bərpa edib. Ancaq ehtiyat üçün hazırlıqdan öncə futbolçuların temperaturu ölçülür.

“Narva Trans” mayın 19-da səfərdə “Kallev Tallin” klubu ilə qarşılaşcaq. Oyunlar azarkeşsiz keçiriləcək.