Qazax Olimpiya İdman Kompleksində 2008-2009-cü il təvəllüdlü yeniyetmə oglanlar arasında həndbol üzrə Qazax rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, qalib komandaları Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun baş məsləhətçisi Anar İbrahimov çıxış edərək təbrik etmiş, gələcək yarışlarda onlara müvəfəqiyyətlər arzulayıb.

Rayon birinciliyində 1-ci yeri Qazax Olimpiya İdman Kompleksinin komandası, 2-ci yeri M.Huseyn adına liseyin komandası, 3-cü yeri Aşağı Əksipara kənd tam orta məktəbin komandası tutublar. Qalib komandalara Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müvafiq diplomları təqdim olunub.