Cari mövsüm özünü yaxşı tərəfdən göstərən futbolçulardan biri də Rövlan Muradovdu. “Sumqayıt”ın heyətində demək olar ki, bütün oyunlarda start heyətində meydançaya çıxan futbolçu daha çox cinah müdafiəçisi kimi oynasa da komandasının bombardirləindən birinə çevirilib. Təbii ki, belə olan halda onun milli komandaya dəvət olunması da gözləniləndi. Bəs görəsən futbolçu özü bu haqda nə düşünür. Milliyə gələcək yeni baş məşqçidən təklif gözləyəcəkmk?

 

Rekord.az-a açıqlamasında futbolçu bu məsələyə münasibət bildirib.

O kimliyindən asılı olmayaraq, yeni baş məşqçidən dəvət gözlədiyini etiraf edib: “Təbii ki, dəvət gözləyirəm. Milli elə yerdi ki, ölkəni təmsil edirəsən, hər bir futbolçu üçün orada oynamaq şərəfdi. Bu mənada mən də milli komandada forma geyinmək istəyirəm, əlimdən gələni də edəcəm ki, millinin yeni baş məşqçisinin etimadını qazanım, milli komandada debut edim”.