Hər ikisi "Neftçi"də qalır
- 03 İyn 2020 15:00
- 1251
“Neftçi”də daha iki əcnəbi futbolçunun taleyinə aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, bu barədə apasport.az-a Bakı klubunun idman direktoru Ceyhun Sultanov məlumat verib.
O bildirib ki, son vaxtlar komandadan ayrılacağı ilə bağlı söz-söhbətlər yayılan hücumçular Dario Frederiko və Stiven Jozef-Monroz müqaviləsinə sadiq qalacaq.
Klub rəsmisi adıçəkilən oyunçuların növbəti mövsümü də “ağ-qaralar”ın heyətində keçirəcəyini vurğulayıb.