“Qələbə qazandığımız üçün çox şadam”.

Rekord.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Renat Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda “CBC Sport”a açıqlamasında deyib.

Qarşılaşmada ilk qolun müəllifi olan 23 yaşlı hücumçu yaxşı oynadıqlarını bildirib:

“Bütün matçlara qalibiyyət üçün çıxırıq. Qazaxıstanla görüşdə də yaxşı nəticə əldə etmək istəyirik. Hər kəsi bu oyuna baxmağa dəvət edirik”.

Sentyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu saat 20:00-da başlayacaq.