Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatının qalibi olmasına münasibət bildirib.

Rekord.az xəbər verir ki, o, Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında bunları söyləyib:

“İkinci dəfə dünya çempionu olduğum üçün şadam. Daha böyük uğurlar əldə etmək üçün çalışacağam.

Hər medal daha böyük məsuliyyət gətirir. Rəqiblərim parter texnikamı, ayaq üstə mübarizə üsulumu bilirlər. Çalışacağam ki, belə çətin qələbələr qazanmamaq üçün bunları daha da yaxşılaşdırım”.