“Hər məğlubiyyət bir dərsdir”.


Rekord.az xəbər verir ki, bunu Almaniyanın "Nürnberq" klubunda çıxış edən Mahir Emreli şəxsi instaqram hesabında yazıb.


27 yaşlı hücumçu 2-ci Bundesliqanın 30-cu turunda doğma meydanda "Paderborn"a uduzduları matç haqqında fikirlərini bölüşüb:


"Bu, gözlədiyimiz nəticə deyil. Buna baxmayaraq mübarizə apardığımız üçün qürur duyuruq. Komanda ilə fəxr edirik. Biz daha güclü qayıdacağıq. Dəstəyiniz üçün minnətdarıq".


"Nürnberq"in "Paderborn"a 2:3 hesabı ilə məğlub olduğu görüşdə komandanın qollarını Mahir Emreli vurub.