
“Hər oyun kobud səhvlər buraxırıq” - Berdıyev
- 16 Mar 2025 21:30
- 34
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Sumqayıt"a 1:2 hesabı ilə məğlubiyyəti şərh edib.
Rekord.az xəbər verir ki, o, matçdan sonra təşkil edilən mətbuat konfransında bütün məsuliyyətin onun üzərində olduğunu söyləyib:
- Əfsuslar olsun ki, hər oyunda kobud səhvlər buraxırıq. Bu, birbaşa nəticəyə təsir edir.
- Səhvlərin qarşısını almaq üçün hansı işlər görülür?
- Çətindir. Göstəririk, başa salırıq. Amma yenə eyni səhvləri edirlər.
- Transferlərdə səhvlər etdiyinizi düşünmürsünüz?
- Seleksiyada səhv görmürəm. Səhvlər kompleks şəkildədir. Problemlərin nə olduğunu deməyəcəm. Amma məsuliyyəti öz üzərimdən atmıram. Bütün məsuliyyət məndədir.
- Avrokuboklara vəsiqə qazana bilməsəz, burada qalacaqsınız?
- Qalacam. Vəzifəmiz olduğu kimi qalır. Belə üzücü məğlubiyyətlər olur. Səhvlər nəticəyə təsir edir.
- Araş Qaderi, Orxan Əliyev, Anton Kraçkovski komandada qalacaq?
- Hələ baxarıq. Qarşıda bir dövrə var (sportal.az)