Tovuz stadionunun süni örtüyü bu yay təbii örtüklə əvəzlənməlidir.

Rekord.az xəbər verir ki, klub rəhbərliyinin əsas hədəflərindən biri budur.

Lakin işlərə start verilməsi birbaşça AFFA-dan asılıdır. Çünki Tovuz təmsilçisinin rəhbərliyi ümid edir ki, xərclərin yarısını federasiya qarşılayacaq. Necə ki, bir vaxtlar təbii otun süni örtüyə çevirilməsini AFFA təkbaşına edləmişdi. "Turan Tovuz" rəhbərliyi ümid edir ki, federasiya bu dəfə xərclərin heç olmasa, yarısını qarşılayacaq. Lakin AFFA-dan hələlik klubun bu istəyinə müsbət cavab verilməyib.