“Hər şey xeyrimizə bitə bilərdi” - Rəşad Sadıqov
- 19 May 2021 20:17
- 563
x“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun keçdi. Bəlkə də mövsüm ərzində ən yaxşı görüşlərimizdən birini keçirdim. Hesab 0:0 olarkən yüz faizlik imkandan yararlana bilmədik. Səfərdə üstün oyun sərgiləyə bildik. İlk yarıda rəqibin yeganə zərbəsi qolla nəticələndi. İkinci hissədə bərabərlik qolunu vursaq da, əks-hücumda qol buraxdıq.
Qazandığımız nəticə pis deyil. Komandama, rəhbərliyə təşəkkürümü bildirirəm. Hər şey xeyrimizə bitə bilərdi. İndi bu barədə çox danışmaq istəmirəm. Yəqin ki, gələcəkdə danışmağa vaxtımız olacaq”.