"Hər şeyə bənzəyir, futbolçudan savayı"
- 06 Okt 2021 16:00
- 467
“Fiorentina”nın sabiq futbolçusu Massimo Orlando komandanın oyunu barədə danışıb.
Rekord.az xəbər verir ki, Orlando “İnter”lə oyundan sonra (1:2) fikirlərini bildirib və komandanın bu mövsüm pis çıxış etmədiyini deyib.
O, “Fiorentina”nın rusiyalı futbolçusu Kokorin haqda da fikrini bildirib:
“Hesab 1:2 olana qədər “Fiorentina” oyunda idi. Hətta adama elə gəlirdi ki, qalib də gəlmək mümkündür. İlk hissədə daha yaxşı oynadıq. Amma ən böyük problem dərin müdafiədir.
Ancaq bütün hallarda, bu mövsümün startı yaxşı alınıb. “Fiorentina” yaxşı oynayır, biz vaxtımızı şən keçiririk.
Kokorin? Onu hər dəfə meydanda görəndə, deyirəm ki, bu adam hər şeyə bənzəyir, təkcə futbolçudan savayı”.