“Qarabağ”ın legioneri Kadi Borges “instaqram” hesabında paylaşım edib.

Rekord.az xəbər verir ki, braziliyalı futbolçu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Ferentsvaroş”la oyunla bağlı bu sözləri yazıb:

“Necə möhtəşəm oyun, necə möhtəşəm zaman, necə möhtəşəm ailə. Hər şeyə görə “Qarabağ” ailəsinə təşəkkürlər”.

Borges Budapeştdə “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatan matçda iki ötürmə ilə yadda qalıb.