“Hər şeyin 90 dəqiqədə həll olmasını istəyirəm” - Qurban Qurbanov
- 13 Mar 2024 21:00
- 245
Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer" - "Qarabağ" oyunundan əvvəl qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Rekord.az xəbər verir ki, 51 yaşlı mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
“Vacib oyundur. Son vaxtların ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Cavab oyununda diqqətli olmalıyıq. Bu stadionda çıxış etmək xoşdur. Bütün fikrimizi oyuna yönəltmişik. Sabah 90 dəqiqə diqqətli olmalıyıq. Bilinmir Juninyo sabah əsas heyətdə olacaq, ya yox. Məşqdən sonra qərar veriləcək. Hazırda yeni hücumçu haqda düşünmürük. Musanın komandaya qayıtması hələlik gündəmdə deyil. Bu mövzu yay transfer pəncərəsində açıla bilər.
Sıx qrafikdəyik. Bu gün "Bayer"in son 20 gündə olan qrafikinə baxsaq, onların da çox oyunlar oynadığını görürük. Ümumi statistikada onların hazırlıq planı daha yaxşıdır. Heç vaxt futbolçulara bildirməmişəm ki, əlavə vaxta hazırlaşacağıq. Ayda 1 dəfə təxminən məşq prosesində əlavə vaxtda oynamağı işləyirik. Əlavə vaxta hazırlaşmaq futbolçulara psixoloji basqı ola bilər. 90 dəqiqəyə motivasiya olub çıxırıq. Amma şükürlər olsun əlavə vaxtda da oynaya bilirik. "Braqa" ilə oyundan təcrübəmiz var. Hər şeyin 90 dəqiqədə həll olmasını istəyirəm. Futbolçuları nərəzə almaq lazımdır. Hazırda futbolçuların istirahət etməyə vaxtı yoxdur. Bu, azarkeşlər üçün maraqlı ola bilər. Sabah çalışacağıq ki, Bakıdakı inamlı oyunu burada daha yaxşılaşdıraq”.