Hərbi komandanın futbolçuları əsgərliyə çağırılıb
- 08 Noy 2023 13:00
- 1367
Bildiyiniz kimi, Daxili İşlər Nazirliyinin nəzdində yaradılan, uzun fasilədən sonra yendən fəaliyyətini bərpa edən "Dinamo"nun əsas məqsədi həm də hərbi xidmət yaşı çatmış futbolçuları öz heyətinə cəlb etmək, onların futbol oynamaqla paralel olaraq hərbi xidmət keçmələrini təmin etmək idi.
Lakin Rekord.az-a daxil olan məlumata görə, "Dinamo" nəinki hərbi xidmət yaşı çatan futbolçularla güclənə bilir, özünün heyətində olan və hərbi xidmət yaşı çatan futbolçuları belə, saxlaya bilmir.
Belə ki, mövsümün əvvəlindən artıq bir neçə "Dinamo"lu futbolçu hərbi xidmətə yollandığı üçün komandadan ayrılıb. Lakin əldə etdiyimiz məlumata görə, bu hal müvəqqəti xarakter daşıyır. Hazırda komadada strukturlaşma prosesi gedir və bu əsnada müşahidə şurası da təsis olunacaq, hərbi ximdətlə bağlı məsələlərə də həmin şura baxacaq. Həmin şura yaradılandan sonra sözügedən problem də həllini tapacaq.