Xəbər verdiyimiz kimi, Azərbaycanın U-19 komandasının 5 üzvü hərbi xidmətə çağırıldığı üçün millinin düşərgəsini tərk etmiş, məşqçilər korpusunu çətin vəziyyətdə qoymuşdu.

Rekord.az xəbər verir ki, həmin futbolçulardan biri olan Murad Musayevin məsələsi həll olunub.

Belə ki, o, bundan sonra MOİK-in şərəfini qoruyacaq və eyni zamanda milli komanda da çıxışlarını davam etdirəcək. Digər futbolçuların da MOİK-də forma geyinməsi yönündə addımlar atılmaqdadır və onlarla bağlı məktub Müdafiə Nazirliyinə göndərilib.