Hərçəqanidən İstanbulda qızıl medal
- 11 Mar 2021 19:02
- 888
Türkiyənin İstanbul şəhərində ənənəvi olaraq təşkil olunan “Turkish Open” beynəlxalq yarışa start verilib.
Rekord.az xəbər verir ki, G1 kateqoriyalı turnirdə 12 idmançı ilə təmsil olunan komandamızın bir üzvü ilk yarış günündə qızıl medal qazanıb.
Belə ki, 87 kq çəki dərəcəsində mübarizəyə qatılan Milad Beigi Hərçəqani rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Böyüklər arasında üç gün davam edəcək turnirdə qadınlardan ibarət yığmamız cəmi bir idmançı ilə təmsil olunacaq. Baş məşqçi Elnur Amanov yalnız Patimat Abakarovaya (53 kq) güvənib.
Kişilərdən ibarət yığmamız isə Bəhruz Quliyev (54 kq), Pərviz İsgəndərov (58 kq), Qasım Aslanov və Xanoğlan Kərimov (hər ikisi 63 kq), Cavad Ağayev və Yaşar Babayev (hər ikisi 68 kq), Ayxan Tağızadə (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov və Milad Hərçəqani (hər ikisi 87 kq) və Radik İsayevlə (+87 kq) təmsil olunur. Komandamızın baş məqçisi Reza Mehmandoustla yanaşı, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də hazırda İstanbuldadır.
Qeyd edək ki, sayca 8-ci olan turnirdə 46 ölkədən 1590 idmançı bütün kateqoriyalarda (böyüklər, gənclər, yeniyetmələr və poomse) mübarizə aparacaq. Yarışlarda beynəlxalq hakimlərdən ATF-in baş hakimi Gündüz Abdullayev, eləcə də Ramal Camalov və Aygül Abdullayeva da döyüşləri idarə edəcək heyət arasında yer alıb.