"Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim".

Rekord.az xəbər verir ki, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Həsrət Cəfərov Bakıda keçirilən Dünya Kubokunun finalında iranlı Danial Seyid Söhrabiyə qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

67 kq çəki dərəcəsində çıxış edən idmançı qarşılaşmanın çətin keçdiyini bildirib: "Məndən sonrakı komanda yoldaşlarım da qalib gələcəyinə inanıram. Ümid edirəm ki, Dünya Kubokunun sahibi olacağıq".

Cəfərov hesabda geri düşsə də, qalib gədiyini xatırladıb: "Xarakter göstərmək lazımdır. Hesabda geriyə düşsən də, irəli keçməlisən. Güləş bunu tələb edir".