Het-trik etdi, ən yaxşı seçildi – Millimizin forvardı
- 09 Mar 2020 16:20
- 530
ABŞ-ın ikinci liqasının ilk turu çərçivəsində keçirilən “Feniks Rizinq” – “Portlend Timbers 2” matçının ən yaxşı futbolçusu bilinib.
Rekord.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Rüfət Dadaşov seçilib.
Bu barədə “Feniks Rizinq” klubunun mətbuat xidməti məlumat yayıb. Dadaşov komandasının 6:1 hesabıyla qalib gəldiyi matçda het-trik edib.
Azərbaycan milli komandasının da üzvü olan Rüfət, qış transfer pəncərəsi dövründə Almaniyanın “Proyssen” klubundan “Feniks Rizinq”ə keçib.