Məlum olduğu kimi, "Neftçi" yay transfer dönəmində bir çox əcnəbi futbolçu ilə danışıq aparsa da, heç biri ilə razılıq əldə olunmadı. Hər biri son anda hansısa bəhanə ilə müqaviləyə imza atmaqdan imtina etdi.


Rekord.az xəbər verir ki, keçidi ən real olan Nikita Rukavitsa olub.


Belə ki, bu futbolçu ilə bütün detallar danşıb razılaşdırılıb. Hətta ilkin razılıq da əldə olunub. Lakin son anda futbolçu müqavilə imzalamaqdan imtina edib. Səbəb isə həyat yoldaşının Bakını bəyənməməsi olub.