Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 10 mart 2023-cü il tarixində "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində “Heydər Əliyev İli”nə həsr olunmuş ASAN könüllüləri arasında şahmat turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, fərdi qaydada keçirilən turnirin nəticəsinə əsasən 1-ci yeri Ələsgərova Aytən, 2-ci yeri Ələsgərova Səbinə, 3-cü yeri Əliyarov Əjdər tutmuşdur.

Turnirdə hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirmişdir. Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak etmişdir.